Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


14.05.2020  12:15 

Bayden Trampı qabaqladı





A+  A-

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden hazırkı Prezident Donald Trampı seçkiqabağı yarışda qabaqlayıb.
XəzərNews.az “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə “CNN” “SSRS” kompaniyasının araşdırmasına istinadən xəbər verib.

Araşdırmaya görə, Baydeni qeydə alınmış seçicilərin 51 faizi dəstəkləyir, 46 faizi Trampa üstünlük verir.

Həmçinin qeyd edilir ki, Bayden qadınlar, qaradərililər və 45 yaşdan yuxarı seçicilərin arasında daha populyardır. Tramp isə ağ əhali arasında üstünlüyə malikdir. Sorğuda 1 112 respondent iştirak edib.

Qeyd edək ki, Co Bayden 2020-ci il prezident seçkilərində hazırkı dövlət başçısının əsas rəqiblərindən biri sayılır. Onun namizədliyini senator Berni Sanders, sabiq prezident Barak Obama, senator Elizabet Uorren, həmçinin ABŞ-ın sabiq prezidentliyə namizədi və ABŞ-ın dövlət katibi Hillari Klinton dəstəkləyiblər.

Xəbər 2814 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +