Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


05.03.2024  11:48 

Kərim: “ATV kanalına 10 dollar ödəyirdim ki, klipim efirdə yayımlansın”





A+  A-

Müğənni Kərim Abbasov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Xəzərnews.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində illər əvvəl efirlərə xərclədiyi pullardan danışıb.
Kərim bildirib ki, o, klipinin hər dəfə ATV kanalında yayımlanması üçün 10 dollar pul ödəyib:

“2003-ci ildə ATV kanalına ilk dəfə kliplərimdən birini yayımlamaq üçün 10 dollar pul ödəmişdim. O pulu verirdim və klipimi efirdə nümayiş olunurdu. Klipim isə 3 dəqiqə idi. O zamanlar ATV-də heç bir veriliş yox idi. Kanalın efirində yalnız bədii filmlər və musiqili kliplər yayımlanırdı. Bütün müğənnilər içi mən qarışıq əvvəl efirə çıxmaq üçün müəyyən ödənişlər edirdik. Hamımız bu sənətə pul tökmüşük və kanallara “yaxşı pullar” vermişik. Amma indi ifaçıları efirə çağıranda deyir ki, işim var. Amma əvvəllər bizi efirə çağıranda deyirdilər ki, üzünüzə mazut çəkin, gəlir. Biz də bunu edirdik ki, belə lazımdır və edirdik. Biz bu kimi şeyləri etməyə etirazımızı bildirmirdik. Kanallara yalvarırdıq ki, bizi efirə dəvət edin”.



Xəbər 2470 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +