PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?


17.02.2023  00:40 

“Bəzi anlarda rəqib bizi üstələyirdi”





A+  A-

“Futbolçularıma təşəkkür edirəm. Çox çətin komandaya qarşı oynadıq. 90 dəqiqə tempi aşağı salmadılar. Futbolçularım əvvəldən bunu bilirdilər. Bəzi anlarda rəqib bizi üstələyirdi. Həm nəticə, həm də oyun baxımından bizim üçün vacib oldu”.

XəzərNews.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qarşı keçirdikləri oyunu şərh edərkən deyib.

Qarşılaşmadan sonra “CBC Sport”a danışan Qurbanov bildirib ki, 1:0 hesablı qələbə sayəsində cavab matçına üstün çıxacaqlar: “Hesabda 1:0 irəlidəyik. Qarşıda bir oyun daha var. Bu gün öndəyiksə, üstünlüyümüz var. Səfərdə daha cəsarətli oynamalıyıq. Onların tempinə qarşı dözümlü olmalıyıq. Rəqib öz meydanında azarkeşlərinin qarşısında olacaq. Bu, onların üstünlüyüdür”.

Qurbanov yeni transferlər və oğlu Musa Qurbanlının çıxışını da dəyərləndirib: “Razı qalmadığım oyunçu olmadı. Futbolçu texniki səhv edə bilər. Amma onun meydanda ürəklə oynaması vacibdir. Bu gün meydanda futbolçulardan bunu gördüm. Azarkeşlərimizə də təşəkkür edirəm. Sona qədər dəstək oldular”.

Xəbər 2854 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +