12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


02.11.2021  17:54 

“İdeal”ın keçmiş sahibinin vəsatəti rədd edildi - Məhkəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

XezerNews.az “report”a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə İ.İsmayılovun “İdeal Kompani”də direktor olduğu dövrdə onun digər ortağının nümayəndəsi olmuş Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatət müzakirə edilib.

Müdafiə tərəfi vəsatətini belə əsaslandırmışdı ki, F.Əliyev “İdeal”ın idarə edilməsində digər ortağa mənfəətin çatdırılmasında birbaşa iştirak edib. İ.İsmayılov da vəsatəti dəstəkləyib.Məhkəmə vəsatəti rədd edib.

Vəkillər buna etiraz ediblər.

Daha sonra İ.İsmayılova qarşı ittihamda “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-dən 280 min manat məxaric edilməsini təkzib edən və mənzilin təqsirləndirilən şəxs tərəfindən daha əvvəlki tarixdə 1 milyon manat ödənilərək alınmasını təsdiq edən razılaşmanı imzalayan şəxslərin şahid qismində dindirilməsi ilə bağlı vəsatət müzakirə edilib.

Vəsatətə təmin edilib və şahidlərin məhkəməyə dəvət ediləcəyi elan olunub.

Müdafiə tərəfinin “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatlarının köçürülərək cinayət işi materiallarına əlavə edilən yaddaş kartının (fləşkart) məhkəmədə tədqiq edilməsi ilə bağlı vəsatəti ötən iclasda təmin edilsə də, hakim Ə.Məmmədov elan edib ki, yaddaş kartında olan fayl qeyri-müəyyən formatda olan faylda olduğu üçün onu açmaq mümkün deyil. Həmin yaddaş kartına baxılmasının zəruri hesab etmədiyi bildirilib.

Müdafiə tərəfi məhkəməyə etiraz edib. Onlar etirazı yazılı təqdim etmək üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 1484 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +