Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


07.01.2019  18:23 

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi açılacaq





A+  A-

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

P.Məmmədova qeyd edib ki, 11 yanvar 2019-cu ildən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək:

“Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək. Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir”.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər.

Qurum rəsmisinin sözlərinə görə, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur:

“5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faiz ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub”.

P.Məmmədova qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə qurum məsuliyyət daşımır.

Xəbər 1584 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +