AZAL-ın bu istiqamətdə reysləri ləğv olunub
Heydərov Gəncəyə rəis təyin etdi
ABŞ ilə danışıqlar aparmaq mənasızdır - İran XİN sözçüsü
Ruslar İsraili tərk edir
Parisdə Azərbaycan mədəni irsi təqdim olundu
İsrailə qarşı əməliyyatlar davam edəcək - İran
Demokratları “ovlamaqda” şübhəli bilinən şəxs həbs edilib
Korrupsiyadan yazan jurnalist edam edildi
Mİ6 kəşfiyyat agentliyinin yeni rəhbəri... - İlk dəfə qadın olacaq
Xəzərdə zəlzələ qeydə alınıb


04.02.2021  12:57 

Özünü polis kimi təqdim edib qadından 17 min manat aldı - Video





A+  A-

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.
XəzərNews.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə bir nəfər qadın ərizə ilə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində işə düzəldəcəyi adı ilə aldadıb ayrı-ayrı vaxtlarda 17 min manat pulunu aldığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev saxlanılıb. Araşdırmalar zamanı V.Babayevin polis işçisi olmadığı halda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi sübuta yetirilib. Saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı oradan müxtəlif şəxslərin ərizələri, polis əməkdaşının geyim formaları, 6 ədəd mobil telefon, danışıq kartları, o cümlədən həmin şəxsin polis geyimində olan fotoşəkili maddi sübut kimi götürülüb.

Vüsal Babayev barəsində 32-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Vüsal Babayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə və ya şəhər telefonlarından 012-427-02-22 nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xəbər 2138 dəfə oxunub.




16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +