Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


15.02.2019  15:28 

Dünya çempionu həbs edildi - Arvadını döyüb





A+  A-

Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, A.Süleymanov arvadı Ş-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.

Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub: “Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.

Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

Xəbər 1635 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +