Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


19.06.2025  13:23 

“Milyonçular məhəlləsi“ndə 9 villası var idi, indi qalmağa yeri yoxdur





A+  A-

"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib.

XəzərNews.az Unikal.az-a istinadən xəbər verir ki, iş adamının "Milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub.

Hafka villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb.

Hazırda Hafiz Məmmədovun "Milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur.

Məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.

Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb.

Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub.

Xəbər 968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +