Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


24.10.2023  17:18 

Rüşvət almaqda ittiham olunurdu, bəraət aldı





A+  A-

Rüşvətə təhrik etməkdə təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.

Xəzərnews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində bəraət qərarı çıxarılmasını istəyib.

Bu gün keçirilən sonuncu iclasda prokuror ittihamdan imtina etdiyini elan edib. Hakim İmanverdi Şükürovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

R. Şükürov və rayon icra hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər yalnız rüşvətə təhrik etməkdə təqsirli bilinib. Hökmə əsasən Vahid İsayevə 4 il həbs cəzası, Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. Bir müddət əvvəl Vahid İsayev də apellyasiya məhkəməsinin qərarı ilə bəraət alıb.

Xəbər 2351 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +