26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO


06.10.2023  00:59 

Sabah bu ərazilərdə qazın verilişi dayandırılacaq -Xəbərdarlıq





A+  A-

Sabah bəzi ərazilərdə qazın verilişi müvəqqəti dayandırılacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 08:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Xırdalan” magistral qaz kəmərinin 25,6-cı və 27,3-cü kilometrlərarası hissəsində yeni çəkilmiş qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi, saat 09:00-dan yeni çəkilmiş “Böyük Bəhmənli-Şuşa” yeraltı magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi, həmçinin “İvanovka” QPS-də qızdırıcı sobanın giriş və çıxış xətləri üzərində quraşdırılmış istismara yararsız və tənzimləyici qovşağın girişində kranların dəyişdirilməsi ilə əlaqədar “Xocasən”, “Alatava”, “Sulu-Təpə”, “Horadiz” və “İvanovka” QPS-lərdən, “Fərəh MMC” və “Füzuli Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli (şəhəri daxil olmaqla), İsmayıllı eləcə də paytaxtın Yasamal, Nəsimi, Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər 7206 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +