Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar


04.10.2023  20:57 

“Tiktok“ nə vaxt açılacaq?





A+  A-

Sentyabrın 19-dan etibarən Azərbaycanda "Tiktok"a giriş məhdudlaşdırılıb.

Xəzərnews.az bildirir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə "Tiktok" istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə açıqlamasında bildirib ki, "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

"Hazırda "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycanda "Tiktok"a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb.

"Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə "TikTok" platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır"- deyə Pərdəşünas məlumatda qeyd edib./baku.ws

Xəbər 5352 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +