Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


13.02.2023  09:44 

Narkotacirlərdən 1 ədəd “Kalaşnikov” götürüldü





A+  A-

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə qanunsuz dövriyyədən 8 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” markalı avtomat silah çıxarılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkar edilib. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və həmin silaha aid patron darağı aşkar edilib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər 2197 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +