Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


21.09.2022  21:35 

Ukraynalı deputatlar UABD-nin toplantısına qatıldı - Fotolar





A+  A-

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib. Təşkilatın mərkəzi ofisində keçirilən tədbirdə İdarə Heyətinin üzvləri, Ukraynadan olan millət vəkilləri Valeri Kolyux, Ludmila Marçenko, Oleksandr Qorobets də iştirak ediblər.

Bu barədə məlumatı XəzərNews.az-a UABD sədri Hikmət Cavad verib.

H.Cavad bildirib ki, tədbir iştirakçıları Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərin, habelə Ukrayna Silahlı Qüvvələrində xidmət edərək döyüşlərdə həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər:

“Bəzi dairələr Azərbaycan ictimaiyyətinin Ukraynaya etimadını sarsıtmağa çalışırlar. Amma Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu UABD-nin timsalında buna yol verməyəcək. 2020-ci ildəki 44 günlük Vətən Müharibəsi dövründə olduğu kimi, Ukrayna cəmiyyətinin əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləyir. Sosial şəbəkələrdə Azərbaycana qara yaxan, Ermənistanı dəstəkləyən postlar yazanları Ukraynada ciddi qəbul etmirlər. Həmin şəxslərin bəzilərinin bu məsələlərdə səriştəsizliyi nəzərə çarpır. Ukrayna rəsmi səviyyədə daim Azərbaycanı dəstəkləyib”.



Tədbirdə çıxış edən millət vəkili V.Kolyux Ukrayna ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Biz Ukraynada Azərbaycan diasporu tərəfindən həm müharibə nəticəsində zərər çəkmiş əhaliyə, həm də ordumuza göstərilən yardımları yüksək qiymətləndiririk. Əminəm ki, Ukrayna ilə Azərbaycanın münasibətləri bundan sonra da yüksək səviyyədə qalacaq, heç bir düşmən fitnəsinin bu dostluğu pozmağa gücü yetməyəcək”.

Millət vəkili L.Marçenko da öz çıxışında UADB-nin fəaliyyətini, həmçinin Ukrayna–Azərbaycan parlamentlərarası əlaqələrini yüksək dəyərləndirib: “Ali Rada üzvlərindən ibarət nümayəndə heyətilə birgə mən də Azərbaycanın Gəncə, Ağdam şəhərlərində, azad edilən ərazilərində olmuşam. İstər yazılı bəyanatlarımızda, istərsə də sosial şəbəkələrdəki hesablarımız vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyimizi ifadə etmişik və həmin mövqeyimiz bu gün də dəyişməz qalır”.



Millət bəkili O.Qorobets də Kiyev vilayətindən seçilmiş deputat olaraq həmin bölgənin Rusiya hücumları nəticəsində dağılmış və ya ziyana uğramış mülki infrastrukturunun bərpasında Azərbaycan diasporunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib:
“Azərbaycanlılar Ukrayna xalqının həqiqi dostudur. Biz də UABD ilə əlaqələrimizi daha da artıracağıq”.

UABD İdarə Heyətinin üzvləri Əlisa Dəmirov, Fərhad Turanlı, Vidadi İsrafilov, Alim Nəsirov Ukrayna ordusunun sıralarında vuruşan soydaşlarımızın şücaətindən danışıblar. Onlar Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan ukraynalıları da xatırlayıblar.



UABD sədri Hikmət Cavad toplantıda iştirak edən millət vəkillərinə göstərdikləri dəstəyə görə UABD və bütövlüklə Azərbaycan diasporu adından təşəkkür edib: “Təşkilatımız Ukrayna Ali Radası ilə bundan sonra da əməkdaşlıq edəcək. Xalqlarımız, ölkələrimiz arasındakı əlaqələri daha da dərinləşdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Toplantıda Ukraynada və Azərbaycanda son hadisələr, o cümlədən Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar müzakirə olunub. Bununla yanaşı, Ukraynanın hazırda işğal altında olan bölgələrindəki əhaliyə, habelə Ukrayna Silahlı Qüvvələrinə maddi yardımlar məsələsinə diqqət yetirilib.

Xatırladaq ki, daha əvvəl bu cür tədbir Lvov şəhərində keçirilmişdi.





Xəbər 2717 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +