Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


19.06.2022  14:35 

Havanın temperaturu yüksələcək





A+  A-

"Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib".

XəzərNews.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevaya istinadən xəbər verir ki, bu cür istilərin bizim ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər:

"Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək".

Xidmət rəisi qeyd edib ki, lakin, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

U.Tağıyevanın sözlərinə görə, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.

Qeyd edək ki, hava haqqında hər gün yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz.

Xəbər 3019 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +