Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


14.01.2022  14:42 

Polis Binəqədidə əməliyyat keçirdi: silah və narkotika...





A+  A-

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Əli Əhmədov saxlanılıb.

XəzərNews.az xəbər verir ki, onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq adlanan heroin, 300 qram psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Əli Əhmədov narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə silahlı şəxs saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “CZ-27” markalı tapança, 1 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İntiqam Həsənov silahı 2000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub. Faktlarla bağlı Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.




Xəbər 3519 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +