Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


04.10.2021  18:37 

Stavropolda Anım Günü qeyd olundu





A+  A-

Rusiya Federasiyasının Stavropol vilayətinin Stavropol şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Odlar yurdu” Azərbaycan Milli-Mədəni Mərkəzinin Stavropol diyar ictimai təşkilatının prezidenti Fəxrəddin Yarıyevin təşəbbüsü ilə baş tutan tədbirdə icma üzvlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edənlər 27 sentyabr tarixini xalqımızın Anım və Qürur Günü adlandırıblar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı 44 günlük mücadilə sayəsində torpaqlarımızın erməni işğalından azad edilməsi böyük tarixi hadisə kimi dəyərləndirilib. Qədirbilən xalqımızın və dünya azərbaycanlılarının şəhidlərimizlə daim qürur duyacaqları, onların Vətənə göstərdikləri fədakar xidməti unutmayacaqları vurğulanıb.

XəzərNews

Xəbər 3515 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +