Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq


09.11.2020  14:52 

Azad olunan kəndlər arasında Azıx da var





A+  A-

Ali Baş Komandan İlham Əliyevin bu gün işğaldan azad edildiyini açıqladığı 23 kəndin arasında Xocavəndin Azıx kəndi də var.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu kəndin yaxınlığında tarixi Azıx mağarası yerləşir. Bu mağara daş dövrünə aid insanların yaşayış yeridir.

Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksinin sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

1968-ci ilin iyununda Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsində apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunub. İbtidai insana məxsus olan çənənin çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid olduğu müəyən olunub.

2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiya və Ermənistandan olan beynəlxalq tədqiqatçılar qrupu və Ermənistan Milli Elmlər Akademiyası tədqiqat işləri aparıblar. Bu tədqiqat işləri tanınmamış "Dağlıq Qarabağ respublikası"nın himayəsi altında aparılıb.

Tədqiqatlar zamanı 300 min il yaşı olan Avropada ən qədim mağara ayısının sümüyü, daş əmək alətləri və istehsal tullantıları aşkarlanıb. Qazıntılar ildə bir ay olmaqla doqquz il davam edib və əldə edilmiş bütün maddi mədəniyyət nümunələri tədqiq olunmaq üçün Londona aparılıb.

Xəbər 3517 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +