Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya


29.09.2020  10:16 

Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü





A+  A-

Ötən gün axşam saatlarında Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan daha bir mülki vətəndaşımız 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu xəstəxanada vəfat edib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış binasının hədəfə alınması nəticəsində yaralanmışdı. Həlak olan şəxs Ağdamdan məcburi köçkün olub.

Qeyd edək ki, həmin hadisə zamanı Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuş, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi.

Xəbər 3508 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +