Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


24.08.2020  14:09 

Abituriyent və subbakalavrların nəzərinə





A+  A-

Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrlara müraciət edib.
XəzərNews.az xəbər verir ki, abituriyentlər və subbakalavrlar bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul üçün 20,21,22,23,24,25,27,28,29,30,31-ci, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün isə 16, 17, 33, 34, 35, 37, 54, 55-ci komissiyalar üzrə buraxılış vərəqələrini çap etmək mümkündür.

26 avqustdan başlayaraq tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları keçiriləcək. Ona görə də kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək abituriyentlərə buraxılış vərəqələrini avqustun 26-dək çap etmələri tövsiyə olunur.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Teatr, kino və xoreoqrafiya sənəti” istiqamətinin 55-Xoreoqrafiya sənəti və 54-Rəqs müəllimliyi komissiyaları üzrə ifaçılıq fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin ifaçılıq fənni üzrə bu iki komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər komissiyaya (həmin komissiya üzrə də qeydiyyatdan keçibsə) da şamil edilir.

54 və 55-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.

Xəbər 3542 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +