Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


26.05.2020  11:09 

Temperatur normadan aşağı olub - Faktiki hava





A+  A-

Mayın 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 10 mm, Şərurda 5 mm, Gədəbəydə 4 mm, Balakən, Ceyrançöl, Tovuzda 2 mm, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Bərdə, Xınalıqda 20 m/s, Mingəçevirdə 18 m/s, Naxçıvanda 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 m/s-dək olub.

Havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.

Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

Xəbər 3416 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +