Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


02.12.2019  11:20 

Siyavuş Novruzov parlamentin buraxılmasından danışdı





A+  A-

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin buraxılması haqda qərara müxalifətin verdiyi reaksiyaya münasibət bildirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, S.Novruzov partiyanın saytında dərc olunan məqaləsində qeyd edib ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur.

Deputat buna misal olaraq müxtəlif illərdə Böyük Britaniya, Ukrayna, İtaliya, Makedoniya, İspaniya, Yunanıstan və Moldovada parlamentin buraxılaraq növbədənkənar seçkilər keçirildiyini qeyd edib.

S.Novruzov əlavə edib ki, Azərbaycanda radikal müxalifətin bu məsələni spekulyasiya vasitəsinə çevirmək cəhdləri isə dağıdıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzli niyyət və antimilli mövqe ortaya qoyduğunu göstərir:

“Radikal müxalifət partiyalarının ucuz bəhanələri onların seçkilərdə uğur qazanmaq üçün yetərli resurs və potensiala malik olmamaları ilə əlaqədardır. Ümumiyyətlə, siyasi partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fəaliyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyəti-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bəyanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadıqlarından seçkilərdə iştirak edib-etməməklə bağlı konkret münasibət ortaya qoymayıblar. Digər tərəfdən, ``Milli şura``da yer alanların, AXCP, Müsavat kimi partiyaların parlament seçkilərində uğur qazanmaq üçün yetərli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarında deyillər. Buna görə də onlar müxtəlif bəhanələr irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manpulyasiyaya məruz qoymaq, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil!”

Xəbər 2987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +