Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


18.11.2019  08:41 

Qanunsuz ov edənlər saxlanıldı





A+  A-

Laçın rayon polis şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri aşkar edib.
XəzərNews.az-ın verdiyi məlumata görə, Laçın rayon polis şöbəsinə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi "Nurəddin qış obası" istiqamətində qanunsuz ov edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-21099" markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1968-ci il təvəllüdlü Zərdab rayon sakini Tahir Süleymanov və avtomobildə sərnişin qismində olan, 1986-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əli Mirzəyev olması müəyyən edilib.

Hər iki şəxsin iştirakı ilə avtomobillə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində 7 ədəd ovlanması qadağan edilmiş "Turac" növünə aid çöl quşları, avtomobilin salonunda 1 ədəd ov tüfəngi, 1 ədəd 16 çaplı qoşa lülə və həmin silahlara aid çoxlu sayda müxtəlif növ patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər 2944 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +