Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq
Fərqlənmə attestatı olmayan məzunların xaricdə təhsil məsələsinə aydınlıq gəldi
Rusiyada avtomobil bazarı çökür


27.08.2019  12:19 

Müsahibə mərhələsinə start verilir





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.
XəzərNews.az xəbər verir ki, 27-29 avqust tarixlərində laborant, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, avqustun 30-da kitabaxanaçı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq, 2-6 sentyabr tarixlərində isə təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək.

Ümumilikdə, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Xəbər 2917 dəfə oxunub.




09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür

08.07.2025  17:13 

Şəkidə TIR yandı


BÜTÜN XƏBƏRLƏR +