“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü
Neftin qiyməti 76 dolları keçdi
İlham Əliyevlə Paşinyanın görüşü başladı
Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi


03.06.2019  10:57 

“Avtodayanacaq talonunun itirilməsinə görə cərimə qanunsuzdur”





A+  A-

Azərbaycanda vəkil avtodayanacaq talonunun itirilməsinə görə cəriməninin qanunsuz olduğunu məhkəmədə sübuta yetirərək ona dəymiş mənəvi zərərin ödənilməsini təmin edib.
XəzərNews.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat paylaşıb. O, bildirib ki, vəkil Firdovsi Qasımov sözügedən məsələni birinci instansiya məhkəməsində qaldırsa da, əvvəlcə vəsatəti qəbul edilməyib: “ Məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus dayanacaqlarda avtomobilin saxlanmasına görə sürücüyə talon (bilet) verilir. Həmin talon itirildiyi halda, sürücüdən saxlanmaya görə muzddan əlavə cərimə (10 manat) də tutulur. Təbii, bu qanunsuzdur. Çünki talon müqavilə şərti deyil, yalnız avtodayanacağın öz öhdəliklərini yerinə yetirməyə yardım edən vasitədir.

Lakin sürücülər, bir qayda olaraq, mübahisə etmədən cəriməni ödəyirlər. Bir sıra səbəbdən qanunu bilmirlər, məbləğ kiçikdir, hüquqi yardımın alınması nisbətən bahadır, dövlət orqanı ilə çəkişmənin mənasız olduğunu düşünürlər və s. Hətta hüquqşünaslar da bəzən belə “xırda” mübahisələrə baş qoşmaq istəmir. Amma xoşbəxtlikdən onların da arasında istisnalar var. Belələrindən biri ölkəmizin ən savadlı hüquqşünaslarından biri Firdovsi Qasımovdur.

O, nəinki cərimənin qanunsuzluğu, həmçinin ona vurulmuş mənəvi zərərin də əvəzinin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməsə də, Apellyasiya Məhkəməsi şikayətini təmin edib. Cərimə də qanunsuz hesab edilib, mənəvi zərərin də əvəzinin ödənilməsi qət edilib. Bununla da bu kimi işlərdə mühüm presedent yaranıb”.

Xəbər 2894 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +