Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


08.04.2018  11:45 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 431 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 199 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, lakin Surrada 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2017-ci il aprelin 06-da 418 sm), Şirvanda 293 sm (2017-ci il aprelin 06-da 295 sm), Salyanda 189 sm (2017-ci il aprelin 06-da 214 sm), Bankədə 183 sm (2017-ci il aprelin 06-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 sm (2017-ci il aprelin 06-da 135 sm) təşkil edib.

Xəbər 3279 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +