Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


03.04.2018  15:27 

“Bu qədər orden və medal nəyə lazımdır?” - Millət vəkili





A+  A-

Parlamentin aprelin 3-də keçirilən plenar iclasında “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi geniş müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, millət vəkili Fazil Mustafa ölkədə orden və medalların sayının çoxluğundan şikayətlənib: “Nə qədər adamı orden və medallarla təltif etmək olar?! Bu məsələdə sovet düşüncə tərzindən uzaq olmaq lazımdır. Burada mükafatlandırmadan söhbət getməlidir. Kimin əməyi varsa, kimin yubileyidirsə, onu mükafatlandırmaq lazımdır. Daha bu qədər orden və medallar nəyə lazımdır?”.

Spiker Oqtay Əsədov isə deputatın fikirləri ilə razılaşmayıb və hər şeyi maddiyata bağlamağın düzgün olmadığını söyləyib: “Hər bir məsələdə maddiyyatı önə çəkmək olmaz. Biz AXC-nin, Azərbaycan Parlamentinin 100 illiyi ilə də bağlı medal təsis etməyi nəzərdə tuturuq. Bunudamı etməyək, bunadamı etirazınız var? Bu, düzgün deyil”.

Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkili Cavid Qurbanov və birinci vitse-spiker Ziyafət Əsgərov da F. Mustafanın yanaşmasının düzgün olmadığını, bu cür orden və medallara ehtiyac olduğunu, bununla insanların əməyinin, fəaliyyətinin qiymətləndirildiyini iddia ediblər.

S. Novruzovun fikrincə, bu, insanlara dövlətin, hökumətin diqqətidir və belə də qiymətləndirilməlidir.

Xəbər 3114 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +