Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!


09.02.2018  18:11 

Elçin Əlibəylinin verilişinə qarşı kampaniya başlandı





A+  A-

Azərbaycanın bir sıra tanınmış yazarları teleaparıcı Elçin Əlibəylinin Space TV-nin efirində yayımlanan “El bizim, sirr bizim” verilişində iştirak etməməklə bağlı kampaniyaya başlayıblar.
XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb isə yazarların iddia etdiyi kimi verilişdə ədəbiyyat xadimlərinin təhqir olunmasıdır.

Yazıçı Şərif Ağ məsələ ilə bağlı ayrıca yazı yazıb. Orada qeyd edib ki, verilişin ortasında Sevinc Çılğının boynuna qoymağa çalışdı ki, sən qarşındakı şairə "İt” deyirsən və onun danışmasını itin hürməsinə bənzədirsən: “Halbuki, Sevinc klassikləri söyənlər haqda ümumi halda "...Karvan keçər” ifadəsini işlətmişdi. Sevinc ittihamı inkar etdi, amma nə fayda. Adam israr edirdi. Bu təhqiri onun boynuna qoymağa çalışırdı. Sevinc bir yana, hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim şairin üzünə dirəndi ki, o, sənə it deyir və sən bunu etiraf elə.

Gör iş hansı həddə çatıb ki, eramızdan əvvəl verilişinə tamaşaçı kimi qatıldığım adamın verilişinə indi heç bir ədəbiyyat adamının getməməsi üçün çağırış edirəm: “Səs verənlər sağ olsunlar. Bir də ki, tamaşaçı kimi getmək eyibdir ki? Siz o zalda oturtduğunuz adamları nə hesab edirsiniz? Qəribə adamlar var e...

Elçincim, onda mütərəqqi oğlan idin, sənin verilişində lap svarşik də işləyərdim. Onda belə deyildin. Onda səndən bu səviyyədə bayğılıq tələb olunmurdu. Olunsa da getməzdin yəqin”.

Sayt məsələ ilə bağlı teleaparıcı Elçin Əlibəylinin mövqeyini öyrənib. O bildirib ki, sözügedən verilişdə heç kim aşağılanmayıb: “Sadəcə olaraq verilişə diqqətlə baxmaq lazım idi. Mən orada cavabımı vermişəm. Yəni, heç kim aşağılanmayıb. Əksinə, ədəbiyyat xadimləri təbliğ olunub. Kim də verilişə gəlmək istəmirsə, buyursun, öz işidir. Heç kimi zorla dəvət etmirlər.

Sevinc xanım verilişdə dedi ki, “Karvan keçər”. Mən də dedim ki, onda “it hürər, karvan keçər” demək istəyirsiniz. Bəs, it deyəndə kimi nəzərdə tutursunuz? Sevinc xanım cavabında dedi ki, kimi nəzərdə tutduğumu bilirlər. Mən də israrla soruşdum ki, ola bilərmi ki, Əsədi nəzərdə tutursunuz? Əsəd də orada oturmuşdu. Zarafatyana cavab verdi ki, yox məni nəzərdə tutmaz. Məsələ bununla da bitdi”.

Xəbər 3150 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +