Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


19.01.2018  12:21 

Ruslan Abışovdan ateist söhbətinə reaksiya





A+  A-

“Neftçi”nin kapitanı Ruslan Abışov sabiq komanda yoldaşı Pavel Dreksanın onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, o, qol.az-a açıqlamasında çexiyalı futbolçunun ateist olduğunu bilən axşam Ruslanın onunla danışmaması ilə bağlı söylədiyi fikir haqda bunları deyib:

"Bu barədə çox danışmaq istəmirəm. Futbola aid olmayan mövzudur. Paveli mədəni və yaxşı insan kimi tanıyıram. İnanmıram, elə söz desin. Ola bilsin, Çexiya mətbuatı onun sözlərini təhrif edib. Tanıyanlar bilir ki, insanlara dini baxışlarına, milliyətinə və ya irqinə görə qiymət vermirəm, tolerant adamam. Dreksayla aramızda heç vaxt narazılıq, inciklik və təbii ki, belə söhbət olmayıb. Əksinə, həmişə əla münasibətimiz olub. O, çox yaxşı insan və futbolçudur. Ona karyerasında və şəxsi həyatında uğurlar arzulayıram".

Qeyd edək ki, P.Dreksa R.Abışovun qatı dindar olduğunu, daim dua etdiyini də söyləyib.

Xəbər 3092 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +