26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO


18.05.2017  12:17 

339 uşaq tam dövlət nəzarətindədir





A+  A-

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə parlamentdə “Azərbaycanda sosial xidmət sisteminin, hüquqi, iqtisadi və təşkilati əsaslar” mövzusunda ictimai dinləmələr təşkil edilib.
XəzərNews.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparlıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb.
Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır.

İ.Rəhimov deyib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır.
Nazirlik rəsmisi qeyd edib ki, 2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb.

İ.Rəhimov bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib.

“Artıq Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü mənzilin inşasına başlanılıb:
Bizim imkanımız var ki, belə binaların sayını artıraq. Bununla da bu cür gənclərin problemini aradan qaldırmağa nail olaq”.

Xəbər 2955 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +