Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


31.03.2017  12:17 

Sürücülərin nəzərinə- Cərimə 6 dəfə artırılır





A+  A-

Azərbaycanda nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma əməlinə görə tətbiq olunan cəzanın cəriməsi 6 dəfə artırılır.
XəzərNews.az Report-a istinadən xəbərinə görə, Cinayət Məcəlləsinə 266-cı maddəsinə əsasən, dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada cərimənin miqdarının 3 min manatdan 6 min manatadək artırılması təklif edilir.

Bundan başqa, Məcəllənin 267-ci (Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma) maddəsinin cəzasının cəriməsinin miqdarının 2000 manatdan 3 min manatadək artırılması təklif olunur. Hazırkı qanunvericiliyə görə, bu miqdar 1000 manatdan 2000 manatadəkdir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər 4216 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +