Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


03.03.2017  13:35 

“Hərbi xidmətdə olmayana qız verməyin”





A+  A-

“Məcburi köçkün ailələri, qızınızı ərə verərkən oğlanın hərbi xidmətdə olub-olumadığını mütləq öyrənin. Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

“Məcburi köçkün ailələri çalışmalıdır ki, hərbi məktəblərdə ilk növbədə onların övladları oxusun. Biz Təhsil Nazirliyi və digər qurumlarla birlikdə bununla bağlı tədbir keçirmişik. Hesab edirəm ki, vətənpərvərlik uşaq bağçalarından başlamalıdır”.

Ə. Həsənov deyib ki, məcburi köçkün uşaqların hərbi təhsil alması ilə bağlı 2014-cü ildə araşdırma apararkən, xoşagəlməz mənzərə ilə qarşılaşıb:

"Bütün işğal olunmuş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə müraciət edərək, məsələnin həlli üçün icazə istədim. Sənin torpağın işğal olunubsa, hərbi təhsil almaq istəmirsənsə, bununla yanaşı, hətta fərarilik edirsənsə, bu, yolverilməzdir. Bu gün ali hərbi məktəblərdə təhsil alan tələbələrin sayı 10 dəfə artıb, fərarilik aradan qalxıb. Ən qeyrətli gənclər şəhid olurlar".

Xəbər 4325 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +