Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


05.06.2025  18:58 

Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat





A+  A-

2025-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138.0 milyon manat təşkil edib ki, bu da beş aylıq proqnozdan 639.7 milyon manat və ya 3.9% çoxdur.

XəzərNews.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 843.3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5.7%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 589.5 milyon manat təşkil edərək proqnozdan 2.5 milyon manat və ya 0.1%, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3.7 milyon manat və ya 25.9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 033.8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398.4 milyon manat təşkil edərək proqnozdan 297.2 milyon manat və ya 3.9 dəfə çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86.7 milyon manat və ya 25.4% az icra edilib.

2025-ci ilin beş ayı üzrə dövlət büdcəsinin xərcləri 14 195 milyon manat proqnoza qarşı 13 691.8 milyon manat, yaxud 96.5% icra edilib.

Xəbər 2359 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +