Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


14.10.2022  09:51 

PUTİNİN TARİXİ SƏHVİ?!





A+  A-

Məlum olduğu kimi, Vladimir Putin 2000-lərdə hakimiyyətə Boris Yeltsinin siyasi varisi və islahatçı kimi gəlmişdi. Onun hakimiyyətdə ilk nailiyyəti Rusiyada milyonların yığılıb qalmış pensiyalarının verilməsi və maaşların yüksəldilməsi oldu. Bu addımlar xalqa mütərəqqi islahatlar kimi təqdim olundu və Putinin nüfuzunu artırdı.

Sonrakı 14 il isə, yerlərdə demokratik institutların ləğv olunması, Putin – Medvedev “rakirovkası”, ölkənin “neft iynəsi”nə oturdulması və korrupsiyaya yuvarlanması ilə “əlamətdar” oldu. Putinin nüfuzu sürətlə düşməyə başladı. 2014-cü ildə Krım yarımadasının silahsız ilhaqı və Rusiyaya qatılması isə, onun nüfuzunu və hakimiyyətinin ömrünü artırmağa hesablanmışdı.

Ukrayna Respublikasının inzibati ərazisinə daxil olan Krım yarımadası “məxməri inqilab” yolu ilə ilhaq edilmişdi. Yarımadanın rusdilli əhalisi guya “öz müqəddaratını təyin etmə” hüququndan istifadə etmiş və Ukrayna hökumətinin razılığı olmadan öz ərazisində referendum keçirmişdi. Bu, əslində müasir Rusiya dövlətçiliyinin əsaslarına qoyulmuş vaxtla işləyən bomba idi. Belə çıxırdı ki, tarixi Almaniya ərazisi sayılan Kalininqrad əhalisi də Rusiyanın razılığı olmadan referendum keçirə bilər və Almaniya ilə birləşə bilər. Eyni addımları tarixi Yaponiya ərazisi sayılan Kuril adalarının əhalisi də ata bilər. Təcrübəli siyasətçi olan Vladimir Putin bunları bilməyə bilməzdi...

Krım hadisələrindən 8 il keçdi və Putin hakimiyyətini qorumaq üçün Ukrayna ilə müharibəyə getdi. Rusiya Ukraynanın Donbas sənaye regionunu işğal etdi. Yenidən eyni senari ilə Donetsk, Xerson və luqansk vilayətlərində referendum keçirildi və bu vilayətlər Rusiyaya birləşdirildi. Rusiya federativ dövlətdir və bura Tatarstan, Çeçenistan, Buryatiya və Çuvaşiya kimi onlarla qeyri-rus bölgələri daxildir. Bu bölgələrin hər biri təbii ki, Rusiyadan ayrılmaq, öz müstəqil dövlətlərini qurmaq istəyir. Sadəcə olaraq, nə qədər ki, Rusiya dövləti – silahlı qüvvələri, maliyyə sistemi möhkəmdir, qorxurlar. İllər əvvəl müstəqil olmaq istəyən Çeçenistanın qan içində boğulması və Kadırovun əli ilə Putinin ayaqları altına atılması hələ yaddaşlardadır. Amma fürsət gözləyirlər...

Rusiya lideri Vladimir Putin də belə bir fürsəti ya bilərəkdən, ya bilməyərəkdən hazırlayır. Ukrayna ərazisində Qərb dünyası ilə müharibə Rusiya dövlətini – silahlı qüvvələrini, maliyyə sistemini sözün əsl mənasında, sıradan çıxarır, məhv edir. Federasiyanın qeyri-rus bölgələrinin liderləri də elə bunu gözləyir. Rusiya müharibədə məğlub olan kimi, öz bölgələrində referendum keçirəcəklər və müstəqilliklərini elan edəcəklər. Düşünürəm ki, hazırda özünün Putinin əsgəri elan edən Kadırov da bu sırada pioner olacaq. Ortada Krım, Donbas təcrübəsi də var, onlara olar, Çeçenistana, ya Tatarıstana olmaz?!

Yuxarıda deyildiyi kimi, Vladimir Putin də təcrübəli siyasətçi kimi bütün bunları bilir, amma öz hakimiyyətini nəyin bahasına olursa-olsun, hətta Rusiya dövlətçiliyinin hesabına qorumaq istəyir. Maraqlıdır, bunun adı nədir - tarixi səhvdir, ya xalqa xəyanətdir?!

Qalib ARİF

Xəbər 1262 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +