Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!


17.06.2025  15:10 

İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat





A+  A-

“Sosial şəbəkədə İsrail-İran qarşıdurması haqda hayların mövqelərini izləyirəm. Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var və ikinci Qarabağ savaşı zamanı Artsrun Hovannisyanın "taktiki geriçəkilmə"sindən betər sarsaqlamalarla doludur”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib.

S.Alıyev bildirib ki, ikinci diqqətimi çəkən məhz Nikol Paşinyana yaxın teleqram kanallarının Rusiyada bəlli strukturlara bağlı informasiya resurslarıyla sinxron çalışmaları, Azərbaycana qarşı birgə hibrid həmlə təşkil etmək cəhdləridir:

“Onlar yenildiyi göz deşən tərəfin qəzəbini çeşidli uydurmalarla bizim üzərimizə yönəltməyə çalışırlar.

Belədə sual yaranır ki, görəsən qərbdəkilər nə düşünürlər, əgər Ermənistan doğrudan da Rusiya ilə yollarını ayırıbsa və orada dedikləri kimi Azərbaycanla əlaqələri yoluna qoymaq istəyirlərsə, bəs nədən hətta Paşinyana yaxın teleqram kanalları da məqsədlərinin imperiyanın bərpası olduğunu gizlətməyənlərlə çiyin-çiyinə hərəkət edirlər? Yoxsa elə qərbdəkilərin də bəziləri bunda maraqlıdırlar?”

Millət vəkili əlavə edib ki, sosial şəbəkənin hay seqmentində onların köhnə tanışlarından olan təzə havadarları Hindistanın İsraili dəstəkləməsinin çox qabarıq görünməsə də məyusluq doğurdu da sezilir:

“Demək ki, bu savaş hayların Hindistan-İran-Ermənistan üçlünə bəslədikləri ümidin də üstündən arzulandığı qədər qalın olmasa da, hər halda xətt çəkdi.

Ancaq bu xəttin getdikcə qalınlaşacağı da göz önündədir. Və vurulan obyektlərin siyahısına, verilən bəzi açıqlamalara diqqət yetirəndə apaydın görünür ki, aparılan savaşda məqsəd təkcə İranın nüvə proqramını, yaxud da raket cəbbəxanasını ləğv etmək deyil”.


Xəbər 1500 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +