İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama


07.07.2025  10:38 

Rusiyanın Azərbaycana destruktiv münasibəti BRİKS-in Kazan sammitindən başlayır - TƏHLİL





A+  A-

Rusiya prezidenti Vladimir Putin Azərbaycanı BRİKS-ə üzv etmək vədini icra edə bilmədiyi üçün Azərbaycanı cəzalandırır.

BRİKS-in Kazan sammiti çox tarixi uğurlarla yadda qaldı. V.Putin Azərbaycanı BRİKS-ə üzv etmək istədi, Azərbaycan ərizə verdi. Azərbaycandan BRİKS-ə üzvlük üçün ərizə verməyi xahiş edən V.Putin Qazaxıstanın BRİKS-ə üzvlüyünün tam əleyhinə olduğu aydınlaşdı. Qazaxıstanı hətta ərizə verməyə belə qoymadı. Bu, isə Çinin xoşuna gəlmədi. BRİKS-ə üzvlük üçün ərizə verməyən Qazaxıstan Kazan iclasında müşahidəçi statusu ilə BRİKS-ə üzv oldu.

Ərizə vermiş Azərbaycanın adı isə heç yerdə hallanmadı. Bu tək BRİKS məkanında deyil, MDB məkanında V.Putinin ciddi geosiyasi uğursuzluqlarından biri idi. V.Putin bunu ört-basdır etmək üçün BRİKS sammiti bitdikdən dərhal sonra Moskvada RF Təhlükəsizlik Şurasının iclasını keçirdi. Bu iclasda BRİKS sammitində əldə olunan uğurlar, problemlər, onların Rusiyaya müsbət və ya mənfi təsiri müzakirə olunmadı. Təhlükəsizlik Şurasında əvvəlcə Azərbaycanda, Cənubi Qafqaz və daha sonra Qafqazda təhlükəsizlik vəziyyətinin müzakirə olunacağı bildirildi. Gündəliyin belə istiqamətdə dəyişməsi hədəfin Azərbaycan olduğunu göstərdi. Məruzəçi FTB sədri A.Bortnikov idi. O zaman artıq xaricdə olan internet saytlarımız Azərbaycanın daxilində PTX-nın gördüyü işlərlə bağlı öyrəşmədiyimiz məlumatlar yaymışdı. Görünür, V.Putin də bundan istifadə edərək mövzunu Təhlükəsizlik Şurasında müzakirəyə çıxardı. Azərbaycan Prezidentinə verdiyi vədi yerinə yetirmədiyi üçün üzr istəmək və ya bunu başqa variantlarla kompensasiya etmək əvəzinə, Azərbaycanı gözüm-çıxdıya salmaq istədi ki, Azərbaycan BRİKS sammitində V.Putinin imicinə vurduğu zərəri görməsin.

Az sonra birinci vitse-prezidentin V.Putin tərəfindən dəvət olunub, “prezidentliyi götür” tipli bəyanatların meydana çıxmasına səbəb oldu. Bu xırda neqativ hallarla müşahidə olundu.

AZAL-ın sərnişin təyyarəsinin vurulması və onunla paralel olaraq təxminən eyni vaxtda Azərbaycan Prezidentinin təyyarəsinə GPS müdaxiləsi baş verdi. Bu, böyük təhlükə idi. V.Putin Azərbaycan Prezidentinin təyyarəsinə GPS müdaxiləsini sanki görmədi. Xüsusi xidmət orqanlarının, diplomatlarının qeyri-publik bunu Rusiya rəhbərliyinə çatdırmaması qeyri-mümkündür, V.Putin görməzlikdən gəldi. Biz GPS mövzusunu qaldırdıq və hətta ehtimal ki, o GPS müdaxiləsinin İranın Gilan ərazisində quraşdırdığı 800 km məsafəni görə bilən RLS-in ehtimali işi olduğunu publikləşdirdik.

RF Azərbaycan mətbuatının dəqiq izləyən dövlətlərdən biridir. İranın “Səhər Azəri” kanalında İran vətəndaşı erməni politoloq şərh verdiyi gündən iki gün keçmiş o politoloq Moskvada RİA-Novosti-yə şərh verdi. O vaxta qədər həmin erməni politoloqun adı heç yerdə görünmürdü.



Belə olan halda V.Putinin buna da susması, yalnız Azərbaycan və şəxsən Prezident İlham Əliyev tərəfindən bir neçə dəfə səsləndikdən sonra V.Putin AZAL-ın sərnişin təyyarəsinin vurulması barədə dolayısı hesab oluna bilən üzr istədi. O vaxta qədər ondan sonra da V.Putin əlavə heç bir addım atmadı, Azərbaycan-Rusiya münasibətlərində neqativ fon inkişaf etməkdə idi.

Krımı özünə götürən, Voruxu Tacikistana qaytaran SSRİ-nin varisi olan RF Zəngəzur mahalını Azərbaycana qaytarmaqla bağlı irəliləyən heç bir addım atmadı.
Yekatenburqda indiyə qədər bəlli deyil ki, 20 il bundan əvvəl baş vermiş cinayəti araşdırmaqdan ötrü istintaq orqanları həmin vətəndaşlara niyə çağırış göndərərək istintaq qurumlarına dəvət etməyiblər. Əvəzində gecə evə hücum çəkib, iki adamı öldürüblər, digəri də ölümcül vəziyyətdədir. Bu işi sakit görməyin əvəzinə belə nümayişkaranə aksiya keçirmək Azərbaycan dövlətçiliyinə, xalqına qarşı alçaldıcı addım idi. Əlbəttə, bunun səbəbləri barədə çox fikirlər bildirmək olar.

Reallıqda Rusiya üçün MDB dövlətləri içərisində ən vacib dövlət Azərbaycandır. Daimi güclənən müstəqil Azərbaycanda daha çox Rusiya maraqlı olmalıdır. Ümumilikdə MDB məkanı üzrə Rusiyanın siyasəti çox paradoksaldır. Bir tərəfdən Rusiya-Belarus ittifaqına qoşulanların sayının artmasını arzulayır, digər tərəfdən Avrasiya İqtisadi Birliyi, KTMT-nin üzvlərinin sayının çoxalması istiqamətində fəaliyyət göstərir.

SSRİ-nin bərpası ilə bağlı ideyalar yenidən gündəliyə gətirildi. SSRİ-nin dağılmasının hüquqi prosedurları düzgün reallaşdırılmayıb. Miqrantlara qarşı amansız mübarizə aparır.

Rusiyanın ciddi demoqrafik problemi var. Slavyan Ukraynası ilə müharibədə belə problemi yaxın 10 illikdə həll etməsi mümkün deyil. RF ilk növbədə demoqrafik problemin həllində say artımını önə çıxarmalı, sonradan slavyanların xüsusi çəkisini artırmaqla məşğul olmalıdır. Bu belə deyil. Hazırda V.Putin Özbəkistan prezidenti Ş.Mirzyoyevlə hədsiz yaxındır. Hətta Rusiya günü münasibətilə Ş.Mirziyoyevin ona zəng etməsini gözləmədi, özü zəng edib, təbriki aldı. Səidə Mirziyoyevaya Rusiya elitasında olan münasibət də göz qabağındadır. Bu özbək miqrantlarını döyülmədən, alçaldılmadan xilas etmir. Bəlkə də Qərb Rusiyanın içərisində xüsusi qurum və hətta dövlət yaradıb. Dövlət RF-in milli maraqlarına qarşı mübarizə aparır və heç kəs də o dövlətin kimdən, nədən ibarət olduğunu bilmir.



RF-in güc strukturları bir-birinə qarşı ciddi mübahisəli vəziyyətdədir. Bu baxımdan Rusiyanın siyasətinin aydınlaşması vacibdir. İndi Özbəkistanla olan münasibət vaxtilə Azərbaycanla idi. Putin yeni prezident olanda ilk səfərini Bakıya etdi və Şəhidlər Xiyabanında diz çökdü. Bu Azərbaycan xalqına çox böyük ehtiram idi. O dövrdə Azərbaycan Prezidenti Ulu Öndər H.Əliyevə və sonra da İ.Əliyevə çox böyük ehtiram göstərdi. İndi V.Putin Azərbaycanı BRİKS-ə üzv edə bilmir, əksinə Azərbaycanı cəzalandırır.

V.Putinin Azərbaycana xoş münasibətinin səbəbi bəlli idi. Şimali Qafqazda müharibə vəziyyətdə idi. Azərbaycanın güclənməsi Şimali Qafqazın Rusiyanın təsirinə qayıtması prosesinə şərait yaratdı. Həm Ulu Öndər, həm də ondan sonra İ.Əliyevin apardığı siyasət buna xüsusi şərait yaradardı. İndi də Rusiyanın Şimali Qafqazında çox dağıdıcı proseslər baş verir. Şimali Qafqazın sementi dağıdılır. Bir azdan Şimali Qafqazda dağıdıcı proseslər baş verəcək.

Rusiya rəhbərliyinin davranışında xüsusi önəmə malik ermənilərdir. Qərbi ermənilər öz ərazilərinə gətiriblər. Tək Ermənistanla kifayətlənmir, bütövlükdə Qafqazda yayılmaq istəyirlər. Qara Dənizin Təhlükəsizliyi Mərkəzinin yaradılması bunu aydın göstərir. Cənubi Qafqazdan sonra artıq proseslər Şimali Qafqaza keçəcək. Ermənilərə Rusiya heç bir şey edə bilmir, edə də bilməz. Ermənilərin düşüncəsinə görə rusları millət edən, gətirib bu yerə çıxardan məhz ermənilərdir.

Azərbaycan və Ermənistanda bənzər fikirlər gedir. Kremlin verdiyi reaksiya tamamilə fərqlidir. Tarix boyu ermənilər Rusiya, ruslara qarşı bir neçə dəfə belə xəyanət edirlər. A.Qriboyedovun ölümünü, çar Rusiyasının dövründə ermənilərin dəfələrlə xarici qüvvələrin əlində alət olmasını yada salsınlar. SSRİ dövründə Moskvada metronun partladılması, Qərbin saxta pul kəsilməsini, 1988-ci ildə “İvan, çamadanını götür, evə get”, “İvan, şinelini götür, get evinə” şüarları Yerevandan çıxdı. Bu hadisələr 1930-40-cı illərdə də olmuşdu. Ruslar buna fikir vermirlər və bu, RF-in parçalanmasına gətirib çıxaracaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 1614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +