Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


23.08.2023  12:03 

“Bizi işlədib, onlara yazılan maaşı ciblərinə qoyurlar” - Şikayət





A+  A-

Naxçıvanda dövlət idarə və müəssisələrində çalışanlar şənbə və bazar günləri 40-45 dərəcə istidə günəş altında iməciliyə çıxmağa məcbur edilirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan"a onların özləri məlumat verib.

Şikayətçilər deyir ki, bununla onların iki hüququ kobud pozulmuş olur:

- icbari qul əməyinə məcbur edilmə;
- yüksək temeraturda açıq havada işləməyə məcbur edilmə.

AR Əmək Məcəlləsinə görə, 41 dərəcədən yuxarı temeraturda açıq havada işlədilmək qəti qadağandır.

Naxçıvan şəhərindəki dövlət müəssisələrinin birində çalışan R.Qurbanov deyib ki, Naxçıvanda iməciliklərin təməlini Vasif Talıbov qoysa da, o bu məsələdə daha insaflı davranırmış:

“Hər həftənin şənbə və bazar günləri məcburi iməciliyə çıxmağın təməlini 30 ilə yaxındır ki, Vasif Talıbov qoyub. Buna görə ona min lənət düşür. Lakin, o göstəriş vermişdi ki, 38 dərəcədən yuxarı temeraturda iməciliklər dayandırılsın. Naxçıvanın yeni nümayəndəsi Fuad Nəcəfli bu məsələdə Talıbovdan da qəddar davranır, bizi 45 dərəcə istidə, günəşin altında qul kimi işləməyə məcbur edir, güzəşt də etmir. Hər həftənin şənbə və bazar günləri minlərlə müəllim, həkim və.s çöllərə düşüb, alaq təmizləməyə məcbur edilirlər. Axı, bizim də istirahət hüququmuz var. Ot-alaq vurmaq üçün ştatda olan yüzlərlə işçi var. Bu işləri onlar görməlidir. Bizi işlədib, onlara yazılan maaşı ciblərinə qoyurlar”.

Şahbuz rayonundan olan şikayətçi S. Məmmədov isə deyir ki, iməciliyə çıxmayanlar işdən çıxarılmaqla, polislə hədələnirlər. Şikayətçi həmçinin bildirir ki, onların idarəsi hər gün iməciliyə çıxmağa məcbur edilir:

“İşlədiyim idarədə bir neçə şöbə var. Bu şöbələr növbəyə qoyulub. Onlardan biri hər gün dəyişən şəkildə növbətçi olur. Digərləri isə hər gün iməciliyə çıxarılır. Şikayət edəni işdən qovmaqla, polislə hədələyirlər. Heç kim iş yerini itirmək istəmədiyi üçün boyun əyməyə məcbur oluruq“.

Naxçıvandakı bütün rayonlar kimi Culfa sakinləri də iməcilikdən şikayətçidirlər:

“Güya ki, dövlət qulluqçusuyuq. İsti demədən, soyuq demədən hər həftənin şənbə günləri məcburi iməciliyə çıxarırlar. Günün altında cəhənnəm əzabı yaşayırıq.
Vətəndaşların da yanında biabır olmuşuq. Bizə kölə kimi yanaşırlar. Etiraz edəndə də deyirlər ki, xoşun gəlmir işdən çıx. İşdən çıxıb, nə edəcəyik? Naxçıvanda hakimiyyət dəyişikliyi olanda sevindik ki, iməciliklərdən canımız qurtardı. İndi bu iməciliklər daha sərt formada həyata keçirilir“.

Xəbər 3169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +