Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


08.04.2023  12:13 

“Mobil“ adlı narkoqrup ifşa edildi





A+  A-

Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar.

Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları "Mobil" adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər.

Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin "Mobil" adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xəbər 2631 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +