İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama


06.04.2023  11:24 

Laçın dəhlizində şərtlər sərtləşdirilir... - Bakının bu tələbi gündəmdədir





A+  A-

Ötən gün Azərbaycanlı həkim briqadasının Xankəndi şəhərinə girişi sözsüz ki, günün hadisəsi idi. Bu hadisənin müxtəlif yozumları oldu və bunların hamısında müəyyən həqiqət payı var. İnteqrasiya, ermənilərin yumuşalması, Azərbaycan humanizminin təqdim olunması və sairə...

Amma hamının diqqətində yayılan bir məqam var ki, onu mütləq qeyd etmək lazımdır.

Verilən məlumatlarda bildirilirdi ki, Ermənistandan Qarabağa gələn mülki vətəndaşlar olub. Sözsüz ki, bu mülki vətəndaşlar xüsusi yoxlamadan keçiriliblər. Verilən məlumatlarda o da bildirilirdi ki, mülki vətəndaşların keçidi üçün əvvəlcədən razılaşma və ya Azərbaycan tərəfinə xəbərdarlıq olunmayıb. Deməli Azərbaycan tərəfi Laçın dəhlizi ilə keçən şəxslərlə bağlı xəbərdar olunmalı və ya bu keçid razəlaşdırılmalıdır.

Daima mülki şəxslərin və humanitar yüklərin keçidinə heç bir maneə olmadığını söyləyən rəsmi Bakının bu tələbi bir qədər anlaşılmazlıq yarada bilərdi. Yəni məntiqlə mülki şəxslər, silah-sursat və ya heç bir qadağan olunmuş başqa yüklərsiz rahat keçməli idi. Amma verilən məlumatdakı “əvvəlcədən razılaşdırılmamaq” məsələsi sual yaradır. Demək nəsə yeni bir reallıq ortaya çıxıb.

Bəli. Doğurdan da yeni reallıq ortaya çıxıb. Həm Azərbaycanın hökumət strukturlarından, həm də erməni mənbələrində əldə olunan məlumata görə, rəsmi Bakı şərtləri sərtləşdirmək qərarına gəlib.

Yaranmış durumda rəsmi Bakının tələbi ondan ibarətdir ki, Laçın dəhlizi ilə Qarabağa gəlmək istəyən Qarabağ sakini olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Əks təqdirdə onların Qarabağa girişində müəyyən əngəllər ola bilər.

Hələlik Azərbaycanın bu tələbi hansı rıçaqlarla təmin edəcəyi barədə məlumatlar yoxdur. Amma bu rəsmi Bakı bu tələbi gündəmdədir və görünən odur ki, geriyə dönüşü olmayan tələbdir.

Ehtimal etmək olar ki, Kreml Rusiya hərbi kontingentinin 2025-ci ildən sonra da burada qalmasını təmin etmək üçün rəsmi Bakının bu tələbin icrasına yardımçı olacaq.

Asəf Quliyev

Xəbər 2361 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +