Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?
Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ


06.01.2023  11:06 

“Yüzlərlə azərbaycanlı gənc həbs edilib” - Əli Hacı





A+  A-

İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra rejim əleyhinə etiraz nümayişlərinin xeyli müddətdir davam etdiyi zaman ölkənin azərbaycanlıların yaşadığı bölgələrində insanlar öz tələblərini irəli sürərək aksiyalara qoşulur.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclis üzvü və DAK Avropa Bölməsinin rəhbəri Əli Hacı çıxış edib.

Ə.Hacı bildirib ki, Güney Azərbaycanın Təbriz və digər şəhərlərdə universitet tələbələri etiraz aksiyaları keçirib, böyük ticarət mərkəzlərinin işçiləri tətil edirlər:

“Azərbaycanlıların əsas tələblərinin ana dilində təhsil, Urmiyə gölündə yaranmış ekoloji vəziyyət və ictimai-siyasi hüquqların təmin edilməsidir. Çox təəssüf ki, bütün İran boyu müşahidə olunan represiyya Azərbaycan şəhərlərində daha ağır formada özünü göstərir”.

Soydaşlarımıza qarşı aparılan təzyiq və təqib kompaniyasından danışan DAK rəsmisi konkret faktlara toxunub:

“Son illərdə İran Azərbaycanının şəhərlərində ana dilində təhsil, Urmiyə gölünün quruması ilə bağlı etirazlarda yüzlərlə azərbaycanlı gənc İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib, çoxlarına qarşı məhkəmə işləri açılıb. Amma indiki halda Güney Azərbaycan bölgələrində milli və siyasi fəalların həbs halları xüsusilə artıb.Yanvarın 4-də Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq bölməsində Azərbaycan Milli Hərəkatının fəalı Feroz Moeininin dindirmə iclası keçirilib. Təbrizdə yaşayan milli fəal Əli Şadi yanvarın 4-də təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb. 19 yaşlı Əli Aslani (İlkin) 2 il 6 ay azadlıqdan məhrum edilib. Gənc fəala qarşı “hökumətə qarşı təbliğat”, “ictimai asayişi pozmaq”, “rəhbəri və müqəddəsləri təhqir etmək” ittihamları irəli sürülüb. İranın Fars əyalətinin Şiraz şəhərində qaşqay türklərindən olan bəhai Yaşar Rasti təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Bundan öncə onun həyat yoldaşı Bərdiya Nəsiri və bacısı Ayda Rasti də həbs edilmişdi. Əslən Sarab şəhərindən olan türk dili müəllimi Məhəmmədcavad Tərbiyət Mirkuhi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən 5 ail həbs cəzasına məhkum olunub. Bu bizə bəlli olan faktlardır və yüzlərlə həbs fakt hələ də gizli saxlanılır”.



Xəbər 2851 dəfə oxunub.




11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +