Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


26.07.2022  12:44 

Hanı akademiya nəsillikcə mənimdir deyənlər?!





A+  A-

AzTv Milli Elmlər Akademiyasını yüngülvari təftiş edib. Düzdür, daha münasib vaxt seçə bilərdi, yəni işçilərin məzuniyyət vaxtına təsadüf etməzdi. Bəlkə də özləri bu vaxtı seçiblər. Belə də ki, izdihama ehtiyac yoxdur.

Arif olana vəziyyəti dəyərləndirmək üçün bu süjet kifayətdir. Bütün hallarda rəhbərlik işdə olmalı və müxbirin suallarını cavablandırmalı idi. Axı möhtərəm zati-müqəddəslər yay, qış demədən axşam saat 21.00-a kimi elektrik enerjisini israf edib "iş başında" olurlar.

İndi AzTv müxbirinin suallarını cavablandırmağa bir məsul alimi-xoşəməl tapa bilmədilər?! 3-4 vəzifə tutub elmin başına yekə daş sala bilirlər, aidiyyəti qurumlarla əlbir olub kitabxanaları saxta dissertasiya işləri ilə doldurmaqda, alıb-aladatmaqda məharət göstərməyi, özlərini həyasılığa qoyub mədhiyyənin müşayiəti ilə çapıb-talamağı, gənc nəsli özləri kimi ikiüzlülüyə, riyakarlığa, rüşvətə, satqınlığa alışdırmağı bacarırlar, di gəl ki, müxbirin sualına cavab verməyə imkan tapmırlar?!

Hanı dedikləri "bəy ərənlər", akademiya nəsillikcə mənimdir deyənlər?! Haradadır o "dövlətçilik", "azərbaycançılıq", “dövlətə sədaqətlə xidmət” şüarları səsləndirməyin fonunda səlahiyyətlər əldə edib çalanlar, çapanlar, ölkəni viran qoyanlar, xalqın haqqını yeməklə nəvə-nəticə və kötücələrinə yem yığanlar, özləri az imiş kimi övladlarını “yağlı” vəzifələrə dürtüb sökənlər, dağıdanlar, xalqın övladlarını dərbədər edib düşmənə çevirənlər?

Haradadır onlar?

Haradadır elm-irfanla məşğul olanlar, cild-cild kitablar ifr-istehsal edib mənasız “şedevrlər”lə milyonları silənlər, haqqı əzib, nahaqqı mükafatlandıran namöhtərəm akademiklər?

Haradadır onlarla saxta alim yetişdirən məsuliyyətsiz, ögey və sehirbaz alimnümalar?!

Təftiş üzdən yox, dərindən aparılmalıdır.
Akademşəbəkənin mənimsədiyi milyonların hesabı sorulmalı, vurulan ziyanın həcmi müəyyənləşdirilməlidir. Yoxsa müftəxorluğa vərdiş etmiş bu “bayanlar” və “ərənlər” “ara xəlvət, tülkü bəy” statusunun dəyişməzliyindən, cəzasızlıqdan faydalanaraq bu dövləti məhv edib xalqı ona-buna möhtac edəcəklər.

ƏLAHƏZRƏT CƏZA OLMALIDIR, CƏZA!

Mənimsənilən milyonlar dil açıb danışmalıdır! Hansı praktikada görülüb ki, korrupsionerlərin, rüşvətxorların, fırıldaqçıların meydan suladığı qurumlarda gerçək elm olur? Əlbəttə, heç hansı.

Akademiyada milyonların mənimsənilməsi üçün dinc şərait yaradılması laqeydliyin simgəsidir.

Gözəgörünməz, ortada yeyib qıraqda gəzən, toxunulmaz elm və təhsil bosları vasitəsilə içəridən aşınırıq.

Hər bir mütərəqqi dövləti yönləndirən, vətəndaşlarını xoşbəxt həyata qovuşduran ilk növbədə onun gerçək elm və təhsil potensialıdır. Bizimkilərin “elmi” fəaliyyətinin nəticəsi o olub ki, alıb-aldatmağa, əyri yollarla çörək sahibi olmağa meyilli, mənəviyyatla vidalaşmış söyüşkən, bir-birinə nifrət edən bir nəsil yetişdiriblər. Bu prosesi idarə edib "uğurla" başa çatdıranlar Azərbaycan üçün ən qorxulu düşmənlə müqayisə edilə bilərlər.

Bunların toxunulmazlıq statusunun ləğv olunub zərərsizləşdirilməsi Azərbaycan dövlətçiliyinin mövcudolma zərurətidir. Varlığa qarnı ilə bağlanmış, milli-mənəvi dəyərləri peşəkarlıqla satmış zatlar cəzasız qalacaqlarsa, qurumun ləğv olunub-olunmamasının xalqa və dövlətə heç bir faydası olmayacaq. Çünki millətin qanına susamaq missiyasını üzərinə götürmüş həmin elm müstəqbihləri idbar fəaliyyətlərini başqa qurumlarda davam etdirmək şansı qazanacaqlar. Həya yox, abır yox, vicdan yox, milli heysiyyət yox, qəlb yox, hissiyyat yox!

İdris Abbasov
Professor


Xəbər 3053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +