“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər
Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi


23.04.2022  13:22 

“Canlı Kitab” layihəsindən daha çox insan necə xəbərdar olacaq?





A+  A-

“Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün feysbuk və instaqram səhifələrində maraqlı müsabiqə keçirir.

XəzərNews.az xəbər verir ki, mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.

Azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı Kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı Kitab”, bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər” komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.

“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də “Canlı Kitab”ı dinləyə biləcəklər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Xəbər 3245 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +