Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


11.02.2022  19:44 

3 gün əvvəl yaranan şirkət 50 minlik tenderi uddu





A+  A-

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.

XəzərNews.az Yeniavaz.com istinadən bildirir ki, Pentensiar Xidmətin tabe qurumlarında yolların əsaslı təmiri məqsədilə “Foross 2022” MMC-yə (VÖEN – 1307531491) 48 min 924 manat ödəniləcək.



Tender müsabiqəsinin qalibi olan “Foross 2022” MMC cəmi 20 gün əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, H.Q. Mustafayev, ev 11-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Əsədov Elman Nasir oğludur.
Qeyd edək ki, Pentensiar Xidməti kotirovka sorğusunu 26.01.2022-ci il tarixində elan edib. “Foross 2022” MMC isə elandan cəmi 5 gün əvvəl – 21.01.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Bu günlərin də 2-si qeyri iş günlərinə təsadüf edib.



Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 3 gün (iş günü) əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Onu da qeyd edık ki, Pentensiar Xidməti tərəfindən bu cür qeyri-adi tender müsabiqələri əvvəllər də keçirilib.


Xəbər 3149 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +