Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


05.11.2021  15:34 

“Yağış yağanda evimiz neçə yerdən damır” - Şəhid ailəsi daxmada yaşayır





A+  A-

Şəhid Səxavət Məmmədovun ailəsinə çəkilişə gedəndə anası Hicran xanımdan vatsap vasitəsilə məkanla bağlı məlumat göndərməsini xahiş etdim. O isə bunu bacarmadığını bildirdi. Əvəzində telefonda ünvanı elə gözəl izah etdi ki, gedəcəyimiz məkanı tapmaq çətin olmadı.

Deməli, “zapravka”dan sola dönürsən, villaların yanından düz keçib gedirsən, yolun sonunda qarşına qapısı olmayan bir həyət çıxacaq. Oradan da içəri keç, bir daxma görəcəksən. Bax, o ev...

XezerNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bura Şüvəlan qəsəbəsindəki “pioner lageri”dir. Əslən Ağdamdan olan Hicran xanım, 1997-ci ildə övladlarını da götürərək Bakıya gəlib və bu günədək içməli suyu, qazı olmayan qeyd etdiyim ünvanda, daha doğrusu daxmada məskunlaşıb.

Şəhidimizə gəlincə, Səxavət Məmmədov 1991-ci ildə anadan olub. O, Azərbaycan Ordusunda MAXE kimi xidmət edib, tankçı olub. Ötən ilin sentyabrın 29-da Səxavətin atıcısı olduğu tank düşmən tərəfindən iki dəfə vurulub, özünü texnikadan çölə atmağı bacarsa da, bu dəfə minaatan mərmisinin düşməsi nəticəsində şəhid olub.



Hicran xanım əvvəllər övladının yaralı olması ilə bağlı bir sıra xəbər alıb. Onun bu səbəbdən getmədiyi xəstəxana qalmayıb.

İki aya yaxın övladının şəhid olmasından xəbərsiz qalan ana, bu müddətdə oğlunu itkin kimi axtarıb. Sonradan oğlunun Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını eşidib və gözləri yollardan yığılıb.

Ərazidən götürülən nəşin DNT analizi nəticəsində Səxavətə məxsus olduğu müəyyənləşib. Hicran ana böyük oğlu ilə 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında vidalaşıb.

Səxavətin iki azyaşlı övladı yadigar qalıb - biri Yusifdir, digəri isə Dilay. Beş yaşlı Dilay, şeir deməklə yanaşı, saymağı da bacarır. Bunu eşidən kimi, ondan saymağı xahiş edirəm: Və Dilay birdən 19-a qədər sayır...



“Bəs, iyirmi?” deyə Dilaya sual verirəm. Cavabı isə “Bilmirəm”dir. Bəlkə də Dilay üçün ən son rəqəm elə 19-dur. Atası torpağa tapşırılarkən təqvimdə göstərilən gün.

Balaca qızın yaşı az olsa da, atasının şəhid olmasından xəbərdardır. Və özündən dediyi şeirlərin sonunu da elə atasına bağlayır.

Hicran xanım deyir ki, Səxavətsiz yaşamaq onun üçün çox çətindir. Həyatda yeganə məqsədi şəhid oğlunun arzusuna uyğun olaraq övladlarını böyüdüb boya-başa çatdırmaqdır. Amma indiki şəraitdə, həmin daxmada bu, çox çətin görünür.

Bu səbəbdən şəhid anası nəvələrini yağış yağan kimi daman daxmada deyil, daha yaxşı şəraitdə böyütməyi arzulayır. Bununla bağlı ölkə rəhbərliyi tərəfindən mənzillə təmin olunmasını xahiş edir.







Xəbər 3049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +