Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


04.11.2021  20:24 

“Daha bir vergi bələdiyyələrdən alınır” - Ekspertdən sensasion AÇIQLAMA





A+  A-

“7-8 il əvvəl fərdi avtomobillərin əmlak vergisi bələdiyyələrdən alındı, indi isə Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə yerli tikinti materialları üçün mədən vergisi də alınır”.

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Rövşən Ağayev çıxış edib.

“Deyəcəksiniz ki, bələdiyyələr onsuz da yığa bilmirdi. Olsun, dövlət vergi xidməti yığsın, amma paylı vergi sistemi yaradılmaqla 75%-i bələdiyyələrə ötürülsün” – deyən R.Ağayev bildirib ki, bu gün vətəndaşlar bələdiyyələrdən nəsə ummur və tələb etmir, amma səlahiyyəti və maliyyəsi olduğunu görsə, fərqli davranacaq.

Onun sözlərinə görə, bələdiyyələrin vergiləri əlindən alınır, amma bununla bağlı heç bir məsləhətləşmə və kompensasiya mexanizmi yoxdur:

“Halbuki Azərbaycanın da rartifikasiya etdiyi Avropa Yerli Özünüidarə Xartiyasının 2 maddəsi bunu tələb edir. Belə ki, 4.6-cı maddə deyir ki, bələdiyyələrlə bağlı mərkəzi hökumətin planlaşdırdığı bütün qərarlar üçün onlarla məsləhtləşmə olmalıdır əvvələcədn (təbii ki, birlikləri vasitəsilə). Xartiyanın 7.2-ci maddəsi deyir ki, bələdiyyələr əldə çıxmış resursa görə kompensasiya almalıdır.

Yeri düşüb, bunu da deyim: hökumət deyir ki, son 10-15 ildə qiymətlər artıb, rüsumların məbləğini qiymət artımına uyğunlaşdırmaq lazımdır. Amma bələdiyyələrin kənd təsətrrüfatı torpaqlarına görə vergisinin məbləği 21 ildir dəyişmir. Halbuki bu 21 ildə məmurların sərəncam verdiyi büdcə 25 dəfə böyüyüb. Onlara büdcədən verilən transfertin məbləği az qala 10 ildir dəyişmir (hələ vəsait də necə gedib çatır bir ayrı mövzudur)”.



R.Ağayev əlavə edib ki, dövlətçilikdən pafosla danışan adamlara xitabən deyirəm: “Əlinizi yelləyib "eh" deyib keçməyin. Bu yanaşma dövlətçiliyin kökünə balta vurmaqdır. Bu, konstitusion bir məsələdir, topluma hörmət məsələsidir.

Günah hörmətsiz bələdiyyələrdə yox, onları hörmətsiz edənlərdədir. Aradabir pəncərəni-qapını açıq qoyan ev sahibi ilə yanaşı oğrunun da günahını görün...”

R.Ağayev onu da əlavə edib ki, hökumət Azərbaycanda bələdiyyəni varlığı ilə yoxluğu bilinməyən təsisata çevirə bildi:

“İnkişaf etmiş ölkələrin təcrübəsində ictimai maraqlar naminə son dərəcə faydalı rola sahib bələdiyyələrin bizdə urvatsız instituta çevrilməsi toplumun strateji maraqlarına vurulan baltadır.

Çox uzağa getmədən Türkiyə timsalında bələdiyyələrin toplum üçün nə dərəcədə faydalı olduqlarına diqqət yetirin. Aztəminatlı vətəndaşın üz tuta bildiyi, ərazilərin və hər bir sosial qrupun ehtiyaclarının mərkəzi hökumətdən daha yaxşı bilindiyi, siyasi partiyalar və dövlət orqanları üçün təcrübəli kadrların yetişdiyi son dərəcə vacib institutdur bələdiyyələr. İnkişaf etmək istəyən gənclər üçün ümid yeri, karyera mərkəzidir bu qurumlar”.

Yusif Əli
XezerNews.az


Xəbər 2819 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +