Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


26.10.2021  14:22 

Bu kənddə nə yol, nə qaz, nə də su var... - Video





A+  A-

Yardımlının dağlar qoynunda yerləşən Ökü kəndi cəmi 35 evdən ibarətdir. Ökünün problemləri isə o qədər ciddidir ki, belə getsə, kəmd tam boşala bilər. Çünki elə indi bu kənddə əsasən yaşlı nəslin nümayəndələri gözə dəyir.

Kənd sakinləri ən əsas su qıtlığından şikayətçilərdir. Mal-qaranın , əkinin su dərdi bir yana , sakinlər yay aylarında bəzən içməli su ehtiyaclarını belə təmin edə bilmirlər. Suyu ya qonşu kənddən ,uzun yol qət edərək gətirməlisən, ya da pul ödəyib nəqliyyatla gətirilən su ilə müəyyən dövrü keçirməlisən. Hələ nəzərə alsaq ki, qonşu kəndlər də onların sularına şərik çıxan ökülülərin gəlişindən heç də şad deyillər.

Kəndin uzunömürlü problemi olan susuzuluq bu yaşayış məntəqəsində mövcud bulaq sayəsində az-çox ödənilib. Son illərdə isə bulağın suyu qurumağa başladığından kəndin təminatını heç cür ödəyə bilmir. İqlim normasından yuxarı istilərin olduğu bu yay isə bulaqdan istifadə tamamilə mümkünsüz olub.

Tamamilə bərbad kənd yolları ilə su daşıyan kəndlilər payızın ilk günlərindən yolsuzluğun da girdabına düşürlər. Su probleminin üzərinə kəndə aparan və kənd içi yolların da tam bərbadlığı da əlavə olunur.

Kəndin başqa bir problemi isə qazsızlıqdır. Sakinlər deyir ki, qonşu kəndlər qaz sistemi ilə necə lazımdırsa təmin edilib. Qeyd edək, bu kənddə yaşı mindən yuxarı olan məşhur Çinar ağaçı bir təbiət abidəsi kimi qorunur. Bu abidəni qorumaları ilə fəxr edən kəndlilər istiliklərini təbiətə ziyan vurmaqla təmin etmək istəmirlər.

35 evlik dağ kəndinin sakinləri problemlərinin nəzarətə götürülməsini arzu edirlər. Ən böyük arzuları verdikləri 4 şəhidin adına 4 bulaq inşa etmək olan sakinlərin problemlərini əlaqədar qurumlara çatdırdıq.

Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, Ökü kəndi onların xidmət sahəsinə aid olmayan yaşayış məntəqələrindəndir. Ona görə də rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.

İcra başçısının birinci müavini Azər Xamiyev bildirdi ki, Ökü su ilə təmin olunmayan yaşayış məntəqəsi hesab olunur. Dağ kəndinin sakinləri suyu yaxınlıqda yerləşən meşədən daşımalı olurlar. Onların məlum problemini elə öz köməklikləri ilə yaxında yerləşən bulağın qazılması ilə həll etmək istəsələr də, sakinlər buna razılıq verməyiblər. Çünki onların istəyi artezian quyudur. Bu isə dağ kəndi üçün o qədər də əlverişli və uğurlu olmaya bilər.

Hazırda Ökü kəndinə qonşu Şilavəngə kəndində artezian quyusu qazılır. Həmin quyudan ökülülər də istifadə edə biləcəklər.

Yolla bağlı sakinlərin dedikləri ilə isə icra başçısının müavini razılaşmadı. O, kəndə aparan yolun daş-çınqıl örtüklü olduğunu bildirdi. Həmin ərazidə yalnız Şilavəngə kəndindən keçən yolun asfalt örtüklü olduğunu xatırladan Azər Xamiyev yaxın müddətdə qonşu kəndlərin yolunun da asfaltlanacağını istisna etmədi.

Kəndin qaz probleminə aydınlığı isə AzəriQaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri gətirdi.

Qədim və zəngin keçmişi olan Ökü kəndinin sakinlərinə bu problemlərin də tezliklə keçmişdə qalmasını arzulayırıq.




Xəbər 3426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +