Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır


22.08.2021  16:19 

“Kabil aeroportundakı xaosa görə ABŞ məsuliyyət daşıyır” - Taliban





A+  A-

Taliban Kabil beynəlxalq aeroportundakı iğtişaşların və xaosun məsuliyyətini ABŞ-ın üzərinə qoyub.
XəzərNews.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalının yaydığı məlumatda deyilir.

Bildirilib ki, taliblərin rəhbərliyi hesab edir ki, Kabil aeroportundakı xaosun məsuliyyətini Birləşmiş Ştatlar daşıyır.

Talibanın nümayəndəsi bundan əvvəl etiraf etmişdi ki, Kabil aeroportunda və onun ətrafında qayda yaradılması və hökm sürən xaosun aradan qaldırılması sadə məsələ deyil. Hərəkat beynəlxalq qüvvələrdən xarici qoşunların Əfqanıstandan çıxarılması planına dair dəqiq izahat almaq istəyirdi.

Hazırda Kabil beynəlxalq aeroportunun sutkalıq işini NATO dövlətlərinin 800-ə yaxın mülki nümayəndəsi təmin edir, qayda-qanunu isə ABŞ, Böyük Britaniya və Türkiyə hərbçiləri dəstəkləyir.

KİV-in məlumatına əsasən, minlərlə insan ölkədən çıxmağa cəhd göstərir. Uçuş-eniş zolağına çıxan kütləni qovmaq üçün hərbçilər gözyaşardıcı qazdan istıfadə edir, havaya atəş açırlar.

İnsanlar havaya qalxan təyyarələrin şassisindən və füzelyajından yapışırlar. Bu insidentlər nəticəsində azı 12 nəfərin həlak olduğu bildirilir.

Xəbər 3885 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +