Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


19.02.2021  08:41 

Poroşenko telekanal satın aldı





A+  A-

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Pryamoy” kanalını satın alıb.
XəzərNews.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə o, efirlərin birində deyib. Onun sözlərinə görə, kanalın sahibi strukturu 100% özünə məxsus olan “Prime Assets Capital”dır. Poroşenko kanalın borclarını bağlamaq və digər xərclər üçün xeyli vəsait sərf etdiyini söyləyib.

“Avropa həmrəyliyi” partiyasının veb-saytında Poroşenkonun telekanalı keçmiş millət vəkili Vladimir Makeyenkodan aldığı qeyd olunub.

Bildirilib ki, “Pryamoy”un bağlanacağı və Makeyenkoya sanksiyalar tətbiq olunacağı məlumatlarından sonra sabiq deputat Poroşenkoya zəng edərək kanalı qorumaq üçün ondan yardım istəyib.

Qeyd edək ki, fevralın əvvəlində Poroşenko Ukraynanın bir sıra müxalifət telekanallarına qarşı sanksiyaları dəstəkləmişdi. Onun sözlərinə görə, bu kanallar “Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin açıq silahı” na çevrilib.

Xəbər 4054 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +