Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto


02.02.2021  09:54 

Merkel tənqidlərə cavab verdi





A+  A-

“Almaniyanın yetkinlik yaşına çatmış bütün vətəndaşları 2021-ci ilin üçüncü rübünün sonuna qədər koronavirusa qarşı peyvəndlənmək imkanı qazanacaq”.
XəzərNews.az-ın “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Almaniya Kansleri Angela Merkel bildirib.

“Söz veririk ki, üçüncü rübün sonuna, yəni yayın sonuna qədər hər bir vətəndaşa peyvənd tətbiq edilməsini təklif edəcəyik və sözümüzü yerinə yetirəcəyik”, - deyə Kansler regional liderlər, əczaçılıq şirkətləri və Avropa Komissiyası nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Kansler bunun Avropa Birliyinin tibbi tənzimləyicisi Avropa Dərmanlar Agentliyi (EMA) tərəfindən hələ təsdiqlənməmiş “Johnson & Johnson” və “CureVac” peyvəndlərinin AB bazarına girməməsi halında belə baş verəcəyini əlavə edib. O, bu açıqlamanı ölkədəki proseslərin çox yavaş və Almaniyanın İngiltərə, ABŞ və İsrail peyvəndləri ilə müqayisədə çox geridə qaldığına dair tənqidlərə cavab olaraq verib.

Almaniya mediasında yer alan xəbərlərə görə, Merkellə birlikdə jurnalistlərə açıqlama verən Berlinin bələdiyyə başçısı Mixael Müller bu ilin ilk rübündə vəziyyətin gərgin qalacağını etiraf edib.

Xatırladaq ki, Almaniyada “COVID-19”la bağlı məhdudiyyətlər fevralın 14-dək uzadılıb.

Xəbər 3414 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +