Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


26.01.2021  21:37 

Dövlət Vergi Xidməti işçi axtarır





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.
Dövlət Vergi Xidmətindən XəzərNews.az-a bildirilib ki, müsabiqəyə sənəd qəbulu xidmətin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə cari il yanvar ayının 25-i saat 10:00-dan fevralın 8-i saat 24:00-dək aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarına (“www.taxes.gov.az” və “www.e-taxes.gov.az”) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı 5 gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir.

Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə Dövlət İmtahan Mərkəzinin elektron ərizə bazasında ərizənin namizədin özü tərəfindən təsdiq edilməsi üçün qeyd olunmuş müvafiq linkə daxil olmaqla fevralın 17-si saat 09:00-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər martın 6-sı saat 10:00-dan 18:00-a qədər imtahana buraxılış vərəqələrini Dövlət Vergi Xidmətinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) əldə edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi martın 13-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib.

Mövcud vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə müvafiq Komissiya tərəfindən baxılaraq yaş həddi tətbiq edilməyə bilər. MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir. Müsabiqədə uğur qazanan şəxslərə vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Dövlət Vergi Xidmətinin kadr ehtiyatından çıxarılacaq.

Xəbər 3499 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +