Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


26.08.2020  16:32 

Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - Video





A+  A-

Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.
XəzərNews.az təxribatçı erməni komandirin video-açıqlamasını təqdim edir:

“2020-ci ilin iyul ayında hərbi hissənin komandiri polkovnik Vazgen Vartanyan mənimlə birgə bir neçə kəşfiyyatçını yanına çağırıb yuxarı komandanlığın göstərişi ilə yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə edərək Azərbaycan hərbçilərinin mümkün sayda çox məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi istiqamətində əməliyyat keçirilməsi üçün hazırlıq görməyimizi tapşırdı. Bundan sonra təxminən 20 gün xüsusi təlim keçdik, ərazini daha dəqiq öyrəndik və əlverişli hava şəraitinin olmasını gözlədik. Avqustun 23-ü saat 02:30 radələrində mənim rəhbərliyim altında diversiya qrupu dumanlı havadan istifadə edərək əvvəlcədən planlaşdırılmış marşrutla Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı mövqeləri istiqamətində hərəkət etdik. Biz Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı döyüş postunun ərazisinə daxil olmaq istəyərkən “həyəcan” siqnalı verildi və aşkar olunduğumuzu anlayaraq geri qayıtmaq məcburiyyətində qaldıq. Qrup üzvləri qaçmağa müvəffəq olsa da, mən hava dumanlı olmasına görə istiqaməti müəyyən edə bilmədim və əsir götürüldüm”.

Q.Alaveryan qeyd edib ki, o, Azərbaycanın işğal altında olan ərazilərində xidmətini davam etdirmək istəməyib:

“Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Erməni Silahı Qüvvələrinin tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal altında olan ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm. Əsir götürüldükdən sonra təsəvvürlərimin tam əksinə olaraq, mənə qarşı heç bir qeyri-insanı davranış, işgəncə, təzyiq olunmayıb. Eyni zamanda, qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.



Xəbər 3746 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +